Ana səhifə | Gündəm | GASBEK azərbaycanlılara müraciət edib

GASBEK azərbaycanlılara müraciət edib

Son zamanlar Cənubi Qafqazda baş verən hadisələrə və İran-Rusiya münasibətlərinə diqqət ydönəldən müraciət müəllifləri Güneydə yaşayan soydaşlarımızı ayıq-sayıq olmağa çağırır, Rusiyanın “Şərqi Azərbaycan” əyalətində hərbi baza yaratmasına imkan verməmyə çağırırlar.
 
“Hörmətli soydaşlar! Bu kimi proyektlərin həyata keçirilməsinin qarşısını almaq üçün, biz güney azərbaycanlılardan daha da ayıqlıq tələb olunur. Çünki bu proyektlər, Rusiyanı Qafqaz regionunda 1907-ci illərdən əvvəl oynadığı rolu təkrarlamasına gətirib çıxarmağa sövq edir. Avropa və ABŞ gücünə qarşı çıxan Rusiyanı özünə dayaq görən İran İslam Republikası, onun Gürcüstandakı hərəkətlərindən sevinir. Elə məhz yuxarıdakı proyektin təkmilləşməsi, Avropa - ABŞ qüdrətinə qarşı, Rusiya – Çin – İran İslam Respublikası gücünün ortaya çıxması mətbuatda səslənir. Belə bir halda regionda yeni siyasi coğrafiyanın müəyyənləşə biləcəyini nəzərə alaraq, Güney Azərbaycanın öz müqəddəratını təyyin etməsi üçün, geniş miqyasda əməkdaşlıq və siyasi birliyi təmin etməliyik”, - deyə mürciətdə bildirilir.
 
Müraciətin müəllifləri hesab edirlər ki, Qafqaziyada baş verən hadisələr, Azərbaycanın dostlarını da təsir altına salıb. “Türkiyə prezidenti Abdulla Gülün 6 sentyabr “Ermənistan”a səfəri, məhz Rusiyanın təklifi ilə baş tutur. Belə ki, ilk növbədə - “Ermənistan” müstəqil deyil və ona görə də öz təşəbbüsü ilə Türkiyə rəsmisini dəvət edə bilməzdi. Türkiyə ilə müəyyən razılaşmalar əldə edən Rusiya, Qafqaz İttifaqı layihəsi çərçivəsində, ona Qafqaziyada müəyyən imkanlar yaratmağa vəd edir. Azərbaycanlıların əksəriyyəti isə Gülün səfərinin, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına mənfi təsir göstərəcəyini düşünərək, Türkiyənin “Ermənistan”la qeyd-şərtsiz əməkdaşlıq qurmağa başlamasını pislədilər. Belə ki, qardaşı Azərbaycan Respublikasının 20% torpaqlarını işğal edən, oradan milyondan artıq Azərbaycan türkünü sürgün salan və etnik təmizləməyə məruz qoyan, Türkiyənin ərazi bütövlüyünü tanımayan, qondarma soyqırım iddialarından əl çəkməyən “Ermənistan”a səfər, Türkiyə tərəfindən tam təktərəfli güzəşt kimi qiymətləndirilir”, - deyə sənəddə vurğulanır.
Regionda hər hansı inteqrasiyanın əleyhinə olmadıqlarını deyən müəlliflər bu prosesdə ilk növbədə azərbaycanlıların milli mənafelərinin nəzərə alanmasını önə çəkirlər.
 
“Bundan əlavə, gündən-günə İranda hakim olan şovinist, fanatik, diktator və sülh və əmniyyət və demokratiyaya qarşı olan mövcud rejim, hərhansı daxili və xarici fürsətdən istifadə edib və xalqımızı əsarət altında saxlamağa, assimilasiya siyasətini tətbiq etməyə, milli-mədəni və insani haqlarını pozmağa və sinfi və siyasi azadlıqlara yol verməməyə cəhd göstərir.
 
23 sentyabr məktəblərin açılışı ərəfəsində onlarca soydaşlarımızı (o cümlədən Əlirza Sərrafi, Əkbər Azad, Həsən Raşidi, Səyid Məhəmmədi Muğanlı, Həsən Rəhimi Bayat, Hüseyn Heydəri, Abbas Nəimi, Mehdi Nəimi və Səyyad Məhəmmədianı) həbs etmək və azərbaycanlıların ibtidai məktəbdən tutmuş universitetə qədər ana dilində dərs keçməkdən yenə də məhrum qalmaları onu göstərir ki, mövcud İran İslam Respublikasına hər hansı bir güzəşt, müsalihə, reform və qanunaehtiram hətta öz qoyduğu qanunlara da ondan hörmət gözləmək yersizdir”, - sənəddə qeyd edilir.
 
Sənəd müəlifləri müraciətin sonunda İran hökumətindən azərbaycanlı məhbuslar zindandan azad olunmasını, Azərbaycan dilinin rəsmi dil elan edilib, məktəblərdə tədris olunmasını tələb edirlər.
 



© 2008 Ria.Az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad zəruridir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlavə: | Add to your del.icio.us del.icio.us | Digg this story Digg

Şərhlər (0 Göndərildi):

Sizin şərh comment
  • email Dostuna göndər
  • print Çap et
  • Plain text Sadə mətn
De-mar.net studiyasında hazırlanıb