Ana səhifə | Gündəm | Əsgərimiz yaralanıb

Əsgərimiz yaralanıb

image

Azərbaycan Ordusunun əsgəri yaralanıb. Hadisə Müdafiə Nazirliyinin Bakıda yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb. Milli Ordunun əsgəri, 18 yaşlı Səməndərli Emin Fikrət oğlu postda olarkən

tabeliyindəki silahdan təhlükəsizlik qaydalarına riayət etmədiyi üçün atəş açılıb. Nəticədə əsgər çiynindən yüngül xəsarət alıb. Yaralı hospitala yerləşdirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev APA-ya açıqlamasında faktı təsdiqləyib. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, E. Səməndərli Şəmkir Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb.

© 2008 Ria.Az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad zəruridir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlavə: | Add to your del.icio.us del.icio.us | Digg this story Digg

Şərhlər (0 Göndərildi):

Sizin şərh comment
  • email Dostuna göndər
  • print Çap et
  • Plain text Sadə mətn
De-mar.net studiyasında hazırlanıb