Ana səhifə | Gündəm | 26/06/10 “Minsk qrupunun vasitəçiliyi başa çatmış hesab olunmalıdır”

26/06/10 “Minsk qrupunun vasitəçiliyi başa çatmış hesab olunmalıdır”

kəskin şəkildə pisləyir və Azərbaycan hakimiyyətini bu bəyanatda yer alan bütün beynəlxalq hüquqa zidd, eləcə də Azərbaycanın ərazı bütövlüyünü şübhə altına alan bütün prinsipləri rədd etməyə çağırır. RİA-nın məlumatına görə, bu barədə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası Mətbuat xitmətinin yaydığı bəyanatda belə deyilir.

BAXCP hesab edir ki, ATƏT-in Minsk qrupuna həmsədrlik edən hər üç dövlət başçılarının Torontota açıqladıqları bəyanatda Dağlıq Qarabağ münaqişısilə ilə bağlı sadalanan prinsiplər nəinki Dağlıq Qarabağın, o ğünlədən Dağlıq Qarabağa bitişik, Ermənistanla separatçı bölgəni birləşdirən ərazilərin də Azərbaycandan qoparılmasına xidmət edir: “Bu bəyanat bir daha sübuta yetirir ki, ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələrlə bağlı BAXCP-nin bu günədək sərgilədiyi mövqe Dağlıq Qarabağ münaqişəsi ətrafında baş verən proseslərin obyektiv dəyərləndirilməsi nəticəsində ortaya çıxıb və reallığı olduğu kimi əks etdirir. ABŞ, Rusiya və Fransa prezidentlərinin birgə bəyanatında göstərilən istiqamətlərin məhz ölkəmizdə keçiriləcək parlament seçkiləri öncəsi açıqlanması Azərbaycana təzyiq xarakteri daşıyır və müstəqil dövlətin suveren hüquqlarına qarşı imperativ basqıdır. Bəyanatda Azərbaycan Respublikası ərazilərinin bir hissəsində ölkənin Konstitusiyasına və dövlət quruluşuna zidd olan bir aksiyanın – referendumun keçirilməsinə çağırışın yer alması ABŞ, Rusiya və Fransanın Dağlıq Qarabağ münaqişəsini işğalçı Ermənistanın xeyrinə həll etməkdə maraqlı olduqlarını nümayiş etdirir”.

BAXCP mətbuat xidmətinin yaydığı bəyanatda qeyd olunur ki, Azərbaycan dövləti və xalqı bu bəyanatdan sonra gözlənilən bütün təzyiqlərə hazır olmalı və ölkənin ərazi bütövlüyünün təmin olunması üçün ən kəskin qərarların verilməsini göz önünə almalıdır.

BAXCP hesab edir ki, bu bəyanatdan sonra ATƏT-in Minsk qrupuna həmsərlik edən dövlətlərin vasitəçilik missiyası başa çatmış hesab olunmalıdır: “BAXCP Azərbaycan hökumətini təcavüzə dəstək verən həmsədr ölkələrin bəyanatına kəskin etiraz etməyə və ölkənin ərazı bütövlüyünü, suverenliyini şübhə altına ala biləcək bütün prinsipləri qətiyyətlə rədd etməyə çağırır”.



© 2008 Ria.Az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad zəruridir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlavə: | Add to your del.icio.us del.icio.us | Digg this story Digg

Şərhlər (0 Göndərildi):

Sizin şərh comment
  • email Dostuna göndər
  • print Çap et
  • Plain text Sadə mətn
De-mar.net studiyasında hazırlanıb