Ria.Az | Reporter İnformation Agency: 26/06/10 Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranma günüdür 26/06/10 Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranma günüdür ================================================================================ Baş Redaktor on 26/06/2010 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra ordu buraxılıb və 1991-ci il oktyabrın 9-da Ali Sovetin qərarı ilə Silahlı Qüvvələr yenidən yaradılıb. Hazırda Azərbaycan həm döyüş qabiliyyətinə, həm də maddi-texniki imkanlarına görə, Cənubi Qafqazda ən güclü dövlət hesab olunur. Silahlı Qüvvələrin strukturuna Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Hava Hücumundan MüdafiəQoşunları və Hərbi Dəniz Qüvvələri daxildir. Son 7 ildə müdafiə sektoruna dövlət büdcəsindən ayrılan vəsaitləri sürətlə artıran Azərbaycanın 2010-cu il büdcəsinin təkcə müdafiə xərcləri bölməsində 1 mlrd. 605 mln. manat (2 mlrd. ABŞ dolları) nəzərdə tutub. Ümumilikdə 2003-cü illə müqayisədə müdafiə xərcləri 14 dəfə artırılıb. Ria.Az