Ria.Az | Reporter İnformation Agency: 09/11/09 Azərbaycanda yağmurlu hava şəraiti bir neçə gün davam edəcək 09/11/09 Azərbaycanda yağmurlu hava şəraiti bir neçə gün davam edəcək ================================================================================ Baş Redaktor on 09/11/2009 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan məlumat verilib. Məlumata görə, sabah cənub-şərq küləyi əsəcək, havanın temperaturu gecə 10-13 dərəcə, gündüz 13-15 dərəcə isti olacaq. Noyabrın 11-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək, havanın temperaturu gecə 10-12 dərəcə, gündüz 14-16 dərəcə isti olacaq. Noyabrın 12-də havanın buludlu olacağı, arabir açılacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək, havanın temperaturu gecə 10-12 dərəcə, gündüz 14-16 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında, əsasən də şərq rayonlarında noyabrın 10-da arabir yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-14 dərəcə, gündüz 16-20 dərəcə, dağlarda gecə 2-5 dərəcə, gündüz 9-14 dərəcə isti olacaq. Noyabrın 11-12-də hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlədə duman, zəif çiskin olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-14 dərəcə, gündüz 15-20 dərəcə, dağlarda gecə 3-5 dərəcə, gündüz 10-14 dərəcə isti olacaq. Tibbi-meteoroloji proqnoza əsasən, yaxın günlərdə Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdləri meteohəssas insanlar üçün əsasən əlverişlidir. Ria.Az