26/10/09 Türkiyədə I TürkBirDev Qurultayı keçiriləcək
əsas götürən tədbir təşkilatçıları onun vəsiyyətini reallaşdırmaq məqsədilə yola çıxıblar. Yerli vaxtla saat 13:00-da Anadolu Göstəri Konfrans Mərkəzində (Türkocağı caddəsi 14, Balgat/ANKARA) keçiriləcək tədbirin iştirakçıları arasında Quzey Kıbrıs Türk Cümhuriyyətininin qurucusu və ilk prezidenti Rauf Denktaş, keçmiş dövlət nazirləri Namiq Kamal Zeybək, Sədi Somuncu, Agah Oktay Günər, Qırğızıstanın Türkiyədəki səfiri Mambetyunus Əbilov, ord. prof. Reha Oğuz Türkkan, prof. dr. Oktay Sinanoğlu, prof. dr. Özcan Yeniçəri, prof. dr. Əbdülqədir Yuvalı, prof. dr. Ata Atun, Yavuz Bülənt Bakilər, Türk Dünyası İnsan Haqları və Kültür Dərnəyinin sədri Cəlal Öçal, ATAA–Türk-Amerikan Dərnəkləri Assambleyasının keçmiş sədri, yazıçı Ərcümənt Kılıç, tarixçi Eylül Gökdəmir, azərbaycanlı müğənni Azərin, “Kurtlar Vadisi” filminin aktyorları və türkiyəli müğənni Sərdar Ortaç var. Bundan əlavə, 7 türk cümhuriyyətinin dövlət başçılarına və yetkililərinə, 6 türk cümhuriyyətinin Türkiyədəki səfirlərinə, Türkiyə Cümhuriyyətinin 9-cu prezidenti Süleyman Dəmirəl, keçmiş nazir Tələt Sait Hamlan və yazıçı-araşdırmaçı Toxtamış Atəşə qurultaya qatılmaları üçün müraciət ünvanlanıb. Tədbirdə Dünya Azərbaycanlıları Konqresi (DAK) həmsədrlərinin Türk Dünyası üzrə müşaviri, Azər-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı və DAK Gənclər Təşkilatının sədri Samir Turan da iştirak edəcək.
© 2008 Ria.Az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad zəruridir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.



del.icio.us
Digg
Şərhlər (0 Göndərildi):
Sizin şərh