Ria.Az | Reporter İnformation Agency: 02/09/09 Vahid Mustafayev: "Özümü yaxşı hiss edirəm” 02/09/09 Vahid Mustafayev: "Özümü yaxşı hiss edirəm” ================================================================================ Oruc Mustafayev on 02/09/2009 "Hazırda Mərkəzi Kliniki Xəstəxanada həkim nəzarətindəyəm. Bu gün tikişlərim də söküldü. Özümü lap yaxşı hiss edirəm. İnşallah, tezliklə iş başında olacam” , – deyə V. Mustafayev qeyd edib. Xatırladaq ki, avqustun 30-da ANS Şirkətlər Qrupunun əməkdaşları yol qəzasına düşüblər. Hadisə Hacıqabul rayonunun Nəvahi kəndi ərazisində baş verib. Şəki şəhərində Milli Qəhrəman Çingiz Mustafayevin xatirəsinə həsr olunmuş konsertdən Bakıya qayıdan “Volkswagen” markalı mikroavtobusun qabaq təkəri partlayıb. Nəticədə avtomobil bir neçə dəfə aşıb. Avtomobildə sürücüdən başqa, ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev, Şirkətlər Qrupunun prezidentinin mətbuat məsələləri üzrə müşaviri Mais Məmmədov, şirkətin əməkdaşı Yuri Stepanoviç Qolosilkin, ANS-in nəzdində fəaliyyət göstərən Nara Moda Evinin direktoru Renara Şəmsiyeva olub. Qəza nəticəsində xəsarət alan V. Mustafayev Mərkəzi Klinik Xəstəxanaya çatdırılaraq əməliyyat olunub. Ria.Az