Ria.Az | Reporter İnformation Agency: 28/06/10 İran nüvə proqramı ilə bağlı danışıqları dayandırıb 28/06/10 İran nüvə proqramı ilə bağlı danışıqları dayandırıb ================================================================================ Baş Redaktor on 28/06/2010 İran prezidenti danışıqlardakı fasilənin “Qərbi nizam-intizama salmaq” məqsədilə əsaslandırıb. O, danışıqları davam etdirmək üçün bir sıra şərtlər də irəli sürüb: “Bu şərtlər danışıqların davam etdirilməsi üçün maneə deyil, əksinə, dialoqun daha düzgün istiqamətdə getməsinə təkan verəcək”. Mahmud Əhmədinejat “Tehran bəyannaməsi” adlı prosesin iştirakçılarının tərkibini dəyişdirməyi də təklif edib: “Əgər bir tərəfdə Fransa, Rusiya və ABŞ-dırsa, digər tərəfdə İran, Türkiyə və Braziliya olmalıdır”. Bundan başqa, İran prezidenti tərəfləri İsrailin indiyədək inkar etdiyi nüvə proqramı ilə bağlı mövqelərini konkretləşdirməyə çağırıb: “Nüvə silahlanmasının inkişafı bu gün üçün çox axmaq tendensiyadır. Biz israrla tərksilah yolundayıq”. Ria.Az