28/06/10 İran nüvə proqramı ilə bağlı danışıqları dayandırıb
İran nüvə proqramı ilə bağlı aparılan danışıqları bu ilin avqust ayının sonuna qədər dondurub. Bu bəyanatla İran prezidenti Mahmud Əhmədinejat yerli İRİNN telekanalı ilə çıxış edib.
İran prezidenti danışıqlardakı fasilənin “Qərbi nizam-intizama salmaq” məqsədilə əsaslandırıb. O, danışıqları davam etdirmək üçün bir sıra şərtlər də irəli sürüb: “Bu şərtlər danışıqların davam etdirilməsi üçün maneə deyil, əksinə, dialoqun daha düzgün istiqamətdə getməsinə təkan verəcək”.
Mahmud Əhmədinejat “Tehran bəyannaməsi” adlı prosesin iştirakçılarının tərkibini dəyişdirməyi də təklif edib: “Əgər bir tərəfdə Fransa, Rusiya və ABŞ-dırsa, digər tərəfdə İran, Türkiyə və Braziliya olmalıdır”.
Bundan başqa, İran prezidenti tərəfləri İsrailin indiyədək inkar etdiyi nüvə proqramı ilə bağlı mövqelərini konkretləşdirməyə çağırıb: “Nüvə silahlanmasının inkişafı bu gün üçün çox axmaq tendensiyadır. Biz israrla tərksilah yolundayıq”.
© 2008 Ria.Az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad zəruridir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.



del.icio.us
Digg
Şərhlər (0 Göndərildi):
Sizin şərh