Ria.Az | Reporter İnformation Agency: 28/06/10 Türkiyənin hava məkanını İsrail üçün bağlanıb 28/06/10 Türkiyənin hava məkanını İsrail üçün bağlanıb ================================================================================ Baş Redaktor on 28/06/2010 Baş nazirin sözlərinə görə, bu addım İsrail qoşunlarının cari ilin mayın 31-də Qəzzaya humanitar yardım aparan “Azadlıq donanması”na hücumuna cavab olaraq atılıb. Qeyd edək ki, hücum zamanı 8 nəfəri Türkiyə vətəndaşı olmaqla 9 nəfər öldürülüb. Bu hadisədən dərhal sonra Türkiyə İsraildəki səfirini geri çağırıb, həmçinin İsraili hərbi, ticarət və enerji sahələrində əməkdaşlığını dayandırmaqla hədələyib. İyunun əvvəlində isə İsrail hökuməti ölkədən Türkiyəyə yerinə yetirilən bütün aviareyslərin təxirə salınmasına dair qərar qəbul edib. Sözügedən embarqonun üç həftə ərzində qüvvədə olacağı bildirilib. Ria.Az